Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Milletinsesi.az təbrikin mətnini təqdim edir:

“Əziz həmvətənlər!

Novruz bayramı münasibətilə ünvanladığınız sevgi dolu səmimi təbriklərinizə, xoş arzularınıza görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bütün xalqımızı bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, hamıya möhkəm cansağlığı, xoşbəxtlik, bayram əhval-ruhiyyəsi arzulayıram!

Qoy təbiətin oyanması və yeniləşməsinin rəmzi olan bu bayram ürəklərdə ancaq saf niyyətlər, xoş duyğular oyatsın, hər evə, hər ocağa səadət və sağlıq, ölkəmizə sülh, əmin-amanlıq və uğurlar gətirsin!”

 

Share: