Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Millətin Səsi.az xəbər verir ki, Birinci vitse-prezident bu barədə rəsmi İnstaqram səhifəsində paylaşım edib.

“Əziz həmvətənlərim!

Mübarək Qurban bayramı münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm! Bu əziz bayram günlərində bütün xeyirxah dua və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram!” – təbrikdə qeyd olunub.

Share: