Rusiya Baş naziri Dimitri Medvedyevlə Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyeva arasında görüş baş tutacaq.
Milletinsesi.az xəbər verir ki, bunu Rusiya hökumətinin mətbuat xidməti yayıb. Məlumata görə, görüş noyabrın 21-də Moskvada keçiriləcək.
Görüşdə iki ölkənin ticarət-iqtisadi, elmi-texniki, mədəni-humanitar və digər sferalarda əməkdaşlıq məsələləri müzakirə olunacaq.