Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı “Instagram” hesabında paylaşım edib.

Milletinsesi.az-ın məlumatına görə, paylaşımda deyilir:

“Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, həmvətənlərimizin hər birinə möhkəm cansağlığı, sevgi və səadət diləyirəm!

Bu gün bizim hamımızı Vətənimizə ən nurlu, səmimi hisslər, ona, onun uğurlarına, nailiyyətlərinə və qələbələrinə görə qürur duyğuları birləşdirir! Qoy Azərbaycan xalqının həmrəyliyi və dövlət müstəqilliyimiz əbədi olsun! Qoy Azərbaycanda daim sülh, firavanlıq və təhlükəsizlik hökm sürsün! Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!”

Share: