Mehriban Əliyeva Rusiyada mühüm iclasda

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzinin “Kosmos” pavilyonunda X Rusiya-Azərbaycan Regionlararası Forumunun plenar iclası öz işinə başlayıb.

Report xəbər verir ki, forumun plenar iclasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko da iştirak edir.

Qeyd edək ki, forum Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

 

Share: