Meksikada 10 milyondan artıq insan müvəqqəti işıqsız qalıb

Meksikada 10 milyondan artıq insan müvəqqəti işıqsız qalıb.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Elektrik enerjisi üzrə Federal Komissiyasının “Twitter” səhifəsində bildirilir.

Məlumata əsasən, 10,3 milyon Meksika sakinin işıqsız qalmasına səbəb qəza olub. Təxminən 2 saat ərzində qəza əradan qaldırılıb və elektrik enerjisinin verilməsi bərpa olunub.

İnsidentlə bağlı əhali arasında xəsarət alanların olması barədə məlumat verilmir.

Share: