Peru Xarici İşlər Nazirliyi Meksikanın Limadakı müvəqqəti işlər vəkili Karla Ornelasa ölkələr arasında diplomatik münasibətlərin kəsilməsi ilə əlaqədar ölkəni mümkün qədər tez tərk etmək zərurəti barədə məlumat verib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Peru prezidenti Xose Yeri X hesabında bildirib:
“Biz vətənimizə hörmət gözləyirik. Diplomatik münasibətlərin kəsilməsi ilə əlaqədar Meksikanın Perudakı səfirliyinin müvəqqəti işlər vəkili Karla Ornelas bu gün Xarici İşlər Naziri tərəfindən məlumatlandırılıb ki, o, ölkəni ən qısa zamanda tərk etməlidir”.
Bundan əvvəl Perunun xarici işlər naziri Uqo de Zela çevriliş təşkil etməkdə ittiham olunan keçmiş baş nazir Betsi Çavesin Limadakı Meksika səfirliyinə sığınması səbəbindən Meksika ilə diplomatik əlaqələrin kəsildiyini açıqlamışdı.
7 dekabr 2022-ci ildə Perunun o zamankı prezidenti Kastillo Konqresin (birpalatalı parlamentin) buraxıldığını və komendant saatı tətbiq olunduğunu elan etdi. O, korrupsiya ittihamı ilə onun impiçmentinə baxılan parlament iclası başlamazdan əvvəl çıxış edib. Deputatlar səsverməni ləğv etməyib və prezidentin vəzifəsindən kənarlaşdırılmasını təsdiqləyiblər. Silahlı qüvvələr və polis Konqresə dəstək aksiyası keçirib.
    

