ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp “Fox News” telekanalının “İlin Patriotu” mükafatının finalçısı seçilib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Açıqlamaya görə, prezidentin xanımı bu mükafatı ikinci müddətə Ağ Evə qayıtdıqdan sonra daxili və xarici siyasətdə fəal iştirakına görə alıb. Onun səyləri sayəsində himayədarlıqda böyüyən gənclərin mənzillə təmin olunması üçün federal büdcədən 25 milyon dollar ayrıldı. O, həmçinin “deepfakes” nəşrini qadağan edən “Take It Down” Aktının qəbul edilməsinə və süni intellektin inkişafı üçün layihələrin yaradılmasına töhfə verib.
Telekanal ABŞ-ın birinci xanımının xarici siyasət təşəbbüsləri arasında onun ukraynalı və rusiyalı uşaqların ailələrinə qovuşmasına yardımını sadalayıb.


