“Melkonyan terrorçudursa, onda Ermənistan dövləti də terrorçudur…”-Erməni jurnalist

“Facebook” M.Melkonyan aid rəğbətli paylaşmalara qadağa qoyub…

 

Xəbər verdiyimiz kimi, noyabrın 3-də Putinin Azərbaycan torpaqlarına “atdığı” milyarder “desant”ı Ruben Vardan Xocavənd rayon mərkəzinə səfər edib və beynəlxalq miqyasda rəsmən terrorçu kimi qəbul olunmuş Monte Melkonyanın heykəli önünə gül qoyub.

 

Moderator.az xəbər verir ki, “Hraparak” nəşrinin səhər saatlarında yaydığı məlumata görə, R.Vardanyanın terrorçunun abidəsi önünə gül qoymasını əks etdirən fotosunu və bu haqda xəbəri paylaşmış Ermənistandakı və xaricdəki erməni nəşrlərinə “Facebook” rəhbərliyi tərəfindən xəbərdarlıq edilib. 

 

Sözügedən məsələdən şikayətlənən Livanın “Zartonk” gündəlik qəzetinin baş redaktoru Sevak Cakobyan buna görə hazırkı Ermənistan hakimiyyətini günahlandırır. 

 

O yazır ki, Monte Melkonyanın Ermənistanın milli qəhrəmanı olmasına rəğmən “Facebook” onu terrorçu kimi tanıyıb. Erməni jurnalist bildirir ki, hələ 14 dekabr 2021-ci ildə digər həmkarlarıyla birgə Ermənistanın dörd nazirliyinə açıq məktub göndərib ki, məsələ ilə bağlı “Facebook” rəhbərliyinə müraciət etsinlər.

 

“Əgər Ermənistanın milli qəhrəmanı Monte Melkonyan terrorçudursa, onda onu mükafatlandıran Ermənistan dövləti də terrorçudur” -deyə  erməni jurnalist bildirir. 

 

Belə çıxır ki, Paşinyan hökuməti də M.Melkonyanın dünya ictimaiyyəti tərəfindən terrorçu kimi tanınması faktı ilə barışdığından “Facebook”a müraciət etməkdə  də lüzum görmür. 

 

Sultan Laçın

 

Mənbə

Share: