
“Epileptik tutmalar zamanı Meqqi əllərim üzərində uzanaraq fikrimi yayındırmaq üçün onu sığallamağımı istəyir…”
“Onun mənə bağlılığı diqqətimi baş verənlərdən yayındırır və məni çox sakitləşdirir…”
Epilepsiyadan əziyyət çəkən qadın deyir ki, onun pişiyi tutmalarının baş verməsindən səkkiz saat öncə duya bilir.
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Daily Star” nəşri yazıb.
Bir həftə ərzində 30 yaşlı Molli Brukda doqquzadək epilepsiya tutmaları baş verə bilər, bu səbəbdən onun bədəni “qıc olur”, əlləri və ayaqlarında arabir nəzarət edilməyən sancmalar baş verir.

Səkkiz yaşında ona bu diaqnoz qoyulandan sonra Molli var gücü ilə özü xəstəliyin öhdəsindən gəlməyə cəhd edib, lakin sonra onun dördayaqlı köməkçisi peyda olub.
2023-cü ilin sentyabrında Molli 300 funt sterlinqə dörd aylıq fars cins pişik balası alıb və onu Meqqi adlandırıb.
Bir neçə aydan sonra səhhəti ilə əlaqədar olaraq işləyə bilməyən britaniyalı qadının bilavasitə tutmalardan öncə pişiyin davranışı diqqətini çəkib.
Birminqem pansionatında yaşayan Molli deyib: “Mən Meqqini darıxmamaq üçün almışam. Nəticədə isə o, mənim üçün kompanyondan daha vacib olub.
Onu əldə edəndən sonra birinci həftə ərzində onun fəal olduğu, bütün enerjisini sərf edərək ətrafımda dolaşıb gəzdiyi duqqətimi çəkib.
Lakin sonradan onun tamamilə sakitləşırək bir addım belə kənara çəkilmədən məni müşahidə etdiyini gördüm. Mən bir fincan çay üçün oraqdan çıxanda o, arxamca gəlir”, – qadın deyib.
“Mən anladım ki, o, mənə nəzarət edir, çünki pişiklər orqanizmimizdə baş verən kimyəvi dəyişiklikləri hiss edə bilir.
Epileptik tutmalar zamanı o, əllərim üzərində uzanaraq fikrimi yayındırmaq üçün onu sığallamağımı istəyir.
Bunların hamısı onun seçimidir, o, sadəcə, instinktiv olaraq hərəkət edir. Beləcə, o, mənə həssascasına qayğı göstərir”, – o, əlavə edib.
Molliyə çox erkən, hələ uşaq olarkən epilepsiya diaqnozu qoyulub, buna görə ciddi əlamətlər səbəbindən çətinliklə küçəyə çıxıb ünsiyyətdə olub.
Meqqini əldə edəndən sonra o, çox qısa zamanda öz sahibəsinin vəziyyətini anlamağa başlayıb.
“Pişiklərin burnunda təxminən 30 reseptor var, bu da o deməkdir ki, Meqqi orqanizmimdə baş verən kimyəvi dəyişiklikləri duya bilir. Bu, məni xəbədar etməyə imkan verir.
Bəzən o, zamanı ertələyərək, tutmalardan səkkiz saat öncə məni xəbərdar edir. Bu tutmalar, adətən, yuxuda baş verir, o, başını mənin başıma söykəyir. Onun mənə bağlılığı diqqətimi baş verənlərdən yayındırır və məni çox sakitləşdirir.
Tutmalar zamanı yanımda olanda və ya dizlərim üzərində oturanda o, hərəkətlərimi sabitləşdirməyə kömək edir. O, mənim arzulaya biləcəyim ən yaxşı pişik və mənin ən yaxşı dostumdur”, – Molli deyib.