“Mercedes” qaz borusuna çırpılıb

Noyabrın 26-da saat 21 radələrində Salyan rayonunun Qarabağlı kəndi ərazisində Sabirabad rayon sakini Kənan Cəbiyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı qaz borusuna vurub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Rəsmi məlumata görə, o, hadisə yerində ölüb. 


Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Mənbə

Share: