“Mersedes”lə “06” toqquşdu

Ağcabədidə zəncirvari qəza qeydə alınıb.

Millətin Səsi.az xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində baş verib.

Belə ki, hərəkətdə olan VAZ-2106, “Mersedes” və “Hunday” markalı avtomobillər toqquşub.

Nəticədə VAZ-2106-nın sürücüsü 1993-cü il təvəllüdlü Ehtiram Atamoğlan oğlu Nadirov müxtəlif dərəcəli xəsarətlə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Share: