“Messi ilə oynamaq üçün “Barselona”nı seçdim”

“Barselona”nın yeni transferi Miralem Pyaniç Lionel Messi ilə birlikdə oynamaq üçün Kataloniya klubuna transfer olunmağı seçdiyini söyləyib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, PSJ-nin təklifini də məhz argentinalı hücumçuya görə rədd etdiyini bildirib: “Messi ilə birlikdə oynamaq üçün “Barselona”ya keçdim”.

Qeyd edək ki, Messinin “Barselona”dan ayrılmaq istədiyi bildirilir.

Xatırladaq ki, Pyaniç iyunda “Yuventus”dan Kataloniya təmsilçisinə transfer olunub və 4 illik müqavilə imzalayıb.

Share: