Argentina millisinin keçmiş qapıçı Uqo Orlando Qatti “İnter Mayami”nin hücumçusu Lionel Messini haqqında danışıb.
QOL.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 80 yaşlı futbol veteranı 37 yaşlı həmyerlisini tənqid edib:
“Messini sevmirəm. O, sadə futbol oynayır. Messini hamının heyran olduğu “Barselona”da gördüm. Bəli, heç kim onu boş yerə oynatmayıb. Amma onun üçün oynayan böyük komanda var idi.
Messi Argentina millisinin 2026-cı il dünya çempionatı üçün heyətinə qatıla bilər. Amma o zaman argentinalıların bir oyunçusu az olacaq. İndi belədir… Lionel ABŞ-da kənd futbolu oynayır!”.