“Barselona”nın kapitanı Lionel Messi komanda ilə məşqlərə start verib.
Qol.az klubun Tvitter səhifəsinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu bu gün kollektivə qoşulub. Bud əzələsində narahatlığı olan argentinaı futbolçu bundan əvvəl fərdi məşqlərlə kifayətlənirdi.
Qeyd edək ki, “Barselona” iyunun 13-də “Malyorka” ilə qarşılaşacaq.