“Barselona”nın futbolçusu Lionel Messi zədəli vəziyyətdə matçlarda oynayır.
Qol.az “ESPN”ə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu artıq bir neçə həftədir ki, ombasında ağrı hiss edir. Ancaq buna baxmayaraq, argentinalı oyunçu matçlarda meydana çıxır. Bildirilir ki, buna səbəb Kataloniya təmsilçisində hazırda Messini əvəzləyəcək futbolçunun olmamasıdır. Çünki hazırda komandada Luis Suares və Usman Dembele zədədən əziyyət çəkir və oynayacaq durumda deyillər.
Bundan başqa xəbərdə o da qeyd olunub ki, klubun həkimləri Messinin zədəsini ciddi hesab etmirlər və onun durumunu diqqətlə müşahidə edirlər.