“Barselona”nın futbolçusu Lionel Messi üçün La Liqanın 28-ci turunun “Real Sosyedad”la oyunu (6:1) başqa bir nailiyyətlə də əlamətdar olub.
Qol.az xəbər verir ki, bu barədə Kataloniya klubunun saytında məlumat yayıb.
Argentinalı hücumçunun sözügedən görüşdə ikinci qolu karyerasında 700-cü qol (rəsmi matçlarda 663, qeyri-rəsmi matçlarda 37 qol) olub.
Eyni zamanda, 33 yaşlı hücumçu İspaniya çempionatında 467-ci qolunu vurub. Bununla da o, əfsanəvi braziliyalı futbolçu Pelenin bir çempionatda qol sayı rekordunu təkrarlayıb. Beləliklə, hər iki oyunçu dünya liqalarının bombardirlər siyahısına başçılıq edir.