PSJ yayda “Barselona”nın kapitanı Lionel Messini heyətinə qatmaq üçün oyunçusu Kilian Mbappeni satmaq məcburiyyətində qalacaq.
Qol.az xəbər verir ki, bu barədə L’Equipe nəşri məlumat yayıb. Bildirilib ki, argentinalı hücumçunun illik maaşı 40 milyon avrodan çox maaş alacaq. Lazımi şərtləri təmin etmək üçün PSJ-nin aparıcı oyunçularından biri ilə yolları ayırması lazımdır.
Xəbərdə Paris klubunun futbolçusu Neymarın Messini PSJ-yə keçməsinə inandırmaq üçün onuna tez-tez əlaqə saxladığı da qeyd olunub.
Xatırladaq ki, Messinin “Barselona” ilə müqaviləsi bu yay başa çatır.