Metro gecikdi, sıxlıq yarandı

Bakı metrosunda qatarların hərəkətində 9 dəqiqə gecikmə olub.

Millətin Səsi.az xəbər verir ki, gecikmə metronun “İçərişəhər” stansiyasında müşahidə edilib. Qatarın gecikməsi səbəbindən stansiyada sərnişin sıxlığı olub.

Məsələ ilə bağlı açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, çox güman ehtiyat qatarlardan biri xəttdən çıxarılıb və bu səbəbdən interval artıb:

“Ehtiyat qatarlar qrafikdən əlavə verilir. Məqsəd sərnişin sıxlığı olan istiqamətlərdə tənzimləməni sürətləndirməkdir. Belə olanda, digər xəttdə dediyiniz dəqiqə fərqi yarana bilir. Ümumilikdə metronun və qatarların fəaliyyətində heç bir problem yoxdur”.

Share: