Metronun “Nizami” stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülməklə qatar “Nərimanov” elektrik deposuna göndərilib.
Millətin Səsixəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.
“Baş verən nasazlıq “Nizami-Dərnəgül” sahəsində iki qatar arasında interval pozulmasına səbəb olub. Digər sahələrdə qatarlar arasında normal interval fərqi təmin edilib.
Xəttə dərhal ehtiyat qatar buraxılıb”.