Metronun işləmə saatı uzadıldı

Metronun işləmə saatı uzadıldı

“Bakı Metropoliteni” QSC-nin iş rejimində dəyişiklik edilir.

Milletinsesi.az xəbər verir ki, bu, “Qarabağ” klubunun UEFA Çempionlar Liqası turniri çərçivəsində “Çelsi” ilə oyunu ilə əlaqədardır.

Bildirilib ki, noyabrın 5-dən 6-na keçən gecə metronun bütün stansiyaları saat 01:00-a qədər girişə açıq olacaq.

“Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək, əlavə işçi qüvvəsi və növbətçilik cədvəli tətbiq olunacaq.

Ehtiyat qatarlar zərurət yaranacağı təqdirdə xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.

Share: