Metronun yaxınlığında vətəndaşı ürəyindən bıçaqlayıb qaçdı…

Paytaxtın Nərimanov rayonunda marketlərdən birində qətl törədilib.

Moderator.az Xəzər TV-yə istinadən bildirir ki, ağır cinayət Rövşən Əliyev küçəsində, metronun ”Ulduz” stansiyasının yaxınlığında baş verib.

Bu barədə polisə məlumat daxil olan kimi rayon hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə gəlib baxış keçiriblər.

Nərimanov rayon Prokurorluğundan verilən məlumata görə, hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı ”qəsdən adam öldürmə”maddəsi ilə cinayət işi başlanıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Mənbə

Share: