
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində “Bank of America” bankının qlobal ictimai siyasət üzrə rəhbəri Larri Di Rita ilə görüşüb.
O, bu barədə öz “X” hesabında paylaşım edib.
“Görüşdə COP29 tədbiri çərçivəsində potensial əməkdaşlıq, ölkəmizin dayanıqlı inkişafa dəstək təşəbbüsləri və yaşıl enerji zonalarının yaradılması üzrə layihələr barədə fikirlərimizi bölüşdük”, – deyə nazir qeyd edib.
“Bank of America” (@BankofAmerica) bankının qlobal ictimai siyasət üzrə rəhbəri Larri Di Rita ilə Davos İqtisadi Forumu (@wef) çərçivəsində keçirdiyimiz görüşdə #COP29 (@COP29_AZ) tədbiri çərçivəsində potensial əməkdaşlıq, ölkəmizin dayanıqlı inkişafa dəstək təşəbbüsləri və…
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 19, 2024
14:13
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində tədbirin idarəedici direktoru Mirek Duşek ilə görüşüb.
O, bu barədə öz “X” hesabında paylaşım edib.
“Görüşdə Azərbaycanın yaşıl enerji siyasətinə və iqlim dəyişikliyi ilə mübarizə təşəbbüslərinə fəal dəstəyini, geoiqtisadi çağırışlar fonunda ölkəmizdə dayanıqlı biznes imkanlarının stimullaşdırılması istiqamətində həyata keçirilən işləri və COP29 tədbirinə hazırlıq ərəfəsində gündəlikdə yer alan məsələləri müzakirə etdik”, – deyə nazir qeyd edib.
13:17
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində “Coursera” şirkətinin baş icraçı direktoru Cef Maggionkalda ilə görüşüb.
O, bu barədə öz “X” hesabında paylaşım edib.
“Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində qlobal tərəfdaşlarla birgə fəaliyyətin təşviqi ölkəmizin innovativ ekosisteminin inkişafına töhfələr verir. Davos İqtisadi Forumu zamanı “Coursera” şirkətinin baş icraçı direktoru Cef Maggionkalda ilə şirkətlə əməkdaşlıq çərçivəsində ölkəmizdə reallaşdırılan “4Sİ Akademiyası” layihəsinin icrası, sürətli rəqəmsallaşma prosesinin əmək bazarına təsiri və potensial tərəfdaşlıq imkanları barədə fikirlərimizi bölüşdük”, – deyə nazir qeyd edib.
12:03
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində Səudiyyə Ərəbistanının iqtisadiyyat və planlaşdırma naziri Faysal Əlibrahim ilə görüşüb.
O, bu barədə öz “X” hesabında paylaşım edib.
“Görüşdə ikitərəfli iqtisadi əlaqələrimizin gündəliyində olan məsələləri, ticarətin şaxələndirilməsini və qarşılıqlı investisiyaların təşviqini nəzərdən keçirdik”, – nazir bildirib.
10:10
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşüb.
O bu barədə öz “X” hesabında paylaşım edib.
Bildirilib ki, görüşdə COP29-un səmərəli təşkili istiqamətində birgə fəaliyyətimiz və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.