“Milan” onunla müqaviləni uzadır

“Milan” futbolçusu David Kalabriya ilə müqaviləni uzatmağa hazırlaşır.

Qol.az “Calciomercato”ya istinadən xəbər verir ki, İtaliya klubu 24 yaşlı müdafiəçi ilə artq danışıqlara başlayıb. Həmçinin “Milan”ın Kalabriyaya kiçik miqdarda maaş artımı vəd etdiyi də bildirilib.

Kalabriyanın indiki müqaviləsinin müddəti 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Kalabriya bu mövsüm A Seriyasında 18 oyun keçirib və 2 qol vurub.

Share: