“Milan” futbolçusu Simon Ker ilə müqaviləsini yeniləmək niyyətindədir.
Qol.az “Tuttosport”a istinadən xəbər verir ki, klub rəhbərliyi 31 yaşlı müdafiəçinin çıxışından razıdır. Buna görə də “Milan” danimarkalı oyunçunun sözləşməsini 1 illik uzatmaq istəyir.
Onun klubla hazırkı müqaviləsinin müdəti 2022-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Ker bu mövsüm “Milan”ın heyətində 13 matça çıxıb.