“Milan”dan Hakan Çalhanoğluya yeni müqavilə

“Milan” futbolçusu Hakan Çalhanoğlu ilə müqavilənin müddətini uzatmaq istəyir.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bununla bağlı artıq danışıqlara başlanılıb. Türkiyə millisinin üzvünün meneceri Bektaş Demirtaş və klub nümayəndələri görüşüb və yeni müqavilə təklifini müzakirə ediblər. Bildirilir ki, 25 yaşlı yarımmüdafiəçi bu təklifə müsbət cavab verəcəyi təqdirdə, ilinə 6 milyon avro qazanacaq.

Qeyd edək ki, H.Çaldanoğlu bu mövsüm 14 matçda oynayıb. Onun A seriyası təmsilçisi ilə hazırkı müqaviləsi 2021-ci ilin iyunu başa çatır.

Share: