“Milan”ın baş məşqçisi koronavirusa yoluxdu

“Milan”ın baş məşqçisi Stefano Pioli koronavirusa yoluxub.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 55 yaşlı mütəxəssisin karantinə alındığı bildirilib.

Qeyd edək ki, “Milan” A Seriyasında 7 oyundan sonra 17 xalla liderdir.

Share: