Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 19 may 2020-ci il tarixli müvafiq qərarı ilə ASC “Standard Insurance” Sığorta Şirkəti bağlanıb.
Millətin Səsi.az xəbər verir ki, ASC “Standard Insurance” Sığorta Şirkəti kapitalını tam itirdiyinə, cari fəaliyyətini etibarlı qaydada həyata keçirmədiyinə və istehlakçılarının hüquqlarının pozulmasına yol verdiyinə görə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə əsasən sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilib. Şirkətə müvəqqəti inzibatçı təyin edilmiş, habelə Şirkət barəsində iflas proseduruna başlanılmasına dair ərizə ilə məhkəməyə müraciət edilmişdir.
Qeyd edək ki, “Standard Insurance” Sığorta Şirkəti keşmiş İqtisadi İnkişaf naziri Heydər Babayevə məxsusdur.