Milli Məclis generalın hesabatını qəbul etdi

Milli Məclis generalın hesabatını qəbul etdi

Azərbaycan Milli Məclisi İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında hesabatını qəbul edib.

Milletinsesi.az xatırladır ki, hesabatı insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin müavini, general-leytenant Vilayət Eyvazov təqdim edib.

Hesabat müzakirəyə çıxarıldıqdan sonra milli koordinator deputatların suallarına əhatəli cavab verib.

Daha sonra hesabat səsverməyə çıxarılaraq qəbul olunub.

Share: