Milli Məclis deputatlarının məzuniyyəti başa çatıb.
Milletinsesi.az-ın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə (I maddə) əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə-iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.
Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.
Sentyabrın 15-dən etibarən parlamentin komitələrinin iclasları keçiriləcək.
Daxili Nizamnaməyə əsasən, Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da başlayacaq və dekabrın 30-dək davam edəcək.
Qeyd edək ki, parlamentin sonuncu növbədənkənar sessiyasının iclası avqustun 7-də keçirilib.