
Bildiyiniz kimi, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Səfirliyimizə terror nəticəsində diplomatik nümayəndəliyin mühafizəçisi Orxan Əsgərov həlak olub, iki nəfər yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.
“Milli Məclis səfirliyimizə qarşı törədilən terroru pisləyib və qanlı cinayətdə əli olanların ən sərt şəkildə cəzalanmasını tələb edib. Bir daha həyatını itirən diplomatik nümayəndəliyin mühafizəçisi Orxan Əsgərova Allahdan rəhmət, ailəsinə səbr diləyirəm”, – spiker bildirib.