Milli Məclisin bu gün keçirilən iclasında parlamentin komitələrinə üzvlərin seçilməsi məsələsi müzakirəyə çıxarılıb.
Milletinsesi.az-ın məlumatına görə, Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət, Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Regional məsələlər, Elm və təhsil, Mədəniyyət, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinə üzvlər seçilib.
Qeyd edək ki, Milli Məclisə seçkilər 9 fevral 2020-ci il tarixində keçirilib.