Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclası başlayıb.
Milletinsesi.az xəbər verir ki, iclasa parlamentin sədri Sahibə Qafarova sədrlik edir.
Deputatların gündəliyinə 3 məsələ təklif edilib.
Bunlar İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişiklik və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihələridir.