Milli Məclisin növbədənkənar sessiyasının iclasının vaxtı və gündəliyi açıqlanıb.
Modern.az xəbər verir ki, 14 iyulda keçiriləcək iclasın gündəliyinə 19 məsələ daxil edilib.
1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (ikinci səsvermə).
2. “Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava
şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası
qanununun layihəsi.
3. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).
4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
5. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi
haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
6. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi
(üçüncü oxunuş).
7. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).
8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi
(üçüncü oxunuş).
2
9. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).
10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(üçüncü oxunuş).
11. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).
12. “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
13. “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi
(1998-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi
ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
14. “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən
orqanın 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley
medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden
və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).
15. “Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi
orqanlarının 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley
medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden
və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).
16. “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya
təhlükəsizliyi orqanlarının 30 illiyi (1993-2023)” Azərbaycan
Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan
Respublikasının orden və medallarının təsis edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
17. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan
Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
18. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).
19. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Energetika
haqqında”, “Büdcə sistemi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı
və dövlət reyestri haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (üçüncü oxunuş).