Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası davam edir.
Milletinsesi.az xəbər verir ki, iclasin sədri Ziyad Səmədzadə gündəliyi təqdim etdi.
Gündəlik təsdiqləndikdən sonra Milli Məclis Sədrinin seçilməsi məsələsi müzakirə olundu.
Qeyd edildi ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisə sədri kimi namizədliyi irəli sürülüb.
Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə təşəkkürünü bildirdi.
Sonra səsvermə oldu və 116 səs leyinə olmaqla Sahibə Qafarova Milli Məclisin sədri seçildi.