
Milli Qəhrəman İbad Hüseynovun sosial şəbəkədə yaydığı video maraqla qarşılanıb.
Modern.az-ın məlumatına görə, İbad Hüseynov idman hərəkətlərini əks etdirən videonu “Gənclik illərindən qalan xatirələr!” şərhi ilə paylaşıb.
Xatırladaq ki, İbad Hüseynova Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə 9 dekabr 2020-ci il tarixində “Milli Qəhrəman” adı verilib
O, Birinci Qarabağ müharibəsində iştirak edib, cəbhənin Xocavənd istiqamətində döyüşüb. 26 dekabr 1993-cü ildə minaya düşərək ağır yaralanan İ.Hüseynov 28 gün komada qalıb. 2-ci qrup müharibə əlilidir. “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
İbad Hüseynov 18 oktyabr 1970-ci ildə Xocavənd rayonunda anadan olub.