“Millidəki hər oyun bizim üçün çox vacibdir”

“Millidəki hər oyun bizim üçün çox vacibdir”

“Qazandığımız qələbələr barədə danışmırıq. Hər matç bizim üçün çox vacibdir”.

 

Bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov səfərdə Şimali Makedoniyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

 

30 yaşlı yarımmüdafiəçi qalibiyyətlərin oyunçulara inam verdiyini bildirib.

 

Qeyd edək ki, noyabrın 20-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Azərbaycan yığması ilk yoldaşlıq matçında Moldova seçməsinə 2:1 hesabı ilə qalib gəlib.

 

Mənbə

Share: