Azərbaycan milli komandasının məşqçi heyəti bu gün Premyer Liqa klublarının keçirəcəyi yoxlama oyunlarını izləyəcək.
Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi “Keşlə” – “Səbail”, köməkçi məşqçilər Arif Əsədov, Klaudio Beluççi “Sumqayıt” – “Zirə”, köməkçi məşqçi Benito Karbone, fiziki hazırlıq üzrə məşqçi Alessandro Skaya, qapıçılar üzrə məşqçi Dmitri Kramarenko “Neftçi” – “Qəbələ” görüşlərinə stadiondan baxacaq.