Millimizin oyununa təyinat alan hakim Bundesliqa nəhənglərinin matçını idarə edib

AVRO-2024-ün seçmə mərhələsində Estoniya – Azərbaycan matçını idarə edəcək Robert Şröder 2015-ci ildən beynəlxalq oyunlara təyinat alır.

 

Moderator.az-ın məlumatına görə, 38 yaşlı ədalət təmsilçisi ilk dəfə əsas yığmaların seçmə görüşündə baş hakim olacaq.

 

Almaniyalı FİFA referisi daha əvvəl U-21, U-19, və U-18 millilərinin yoldaşlıq matçlarını idarə edib.

 

Şröder cari mövsüm avrokuboklarda yalnız postsovet ölkələrinin komandalarının oyununda iş başında olub. O, UEFA Konfrans Liqasında “Debretsen” (Macarıstan) – “Alaşkert” (Ermənistan) və “Tvente” (Niderland) – “Riqa” (Latviya) qarşılaşmalarında ədaləti qoruyub.

 

Almaniya Bundesliqasına da təyinat alan referi bu növsüm Dortmund “Borussiya”sının “Bohum”la (1:1) heç-heçə etdiyi və “Bavariya”nın iki gün əvvəl “Frayburq”a 3:0 hesabı ilə qalib gəldiyi görüşü idarə edib.

 

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək Estoniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Mənbə

Share: