Milimizin Sloveniya ilə keçirəcəyi yoldaşlıq oyununa hakim təyinatları açıqlanıb.
Qol.az xəbər verir ki, matçı Macarıstan Futbol Federasiyasından Ferents Karako idarə edəcək. Ona həmyerliləri Peter Kubor və İştvan Albert köməklik göstərəcəklər. 4-cü hakim funksiyasını isə Devid Smayts (Sloveniya) yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 11-də keçiriləcək Sloveniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.