Millimizin rəqibində daha iki itki

Macarıstan millisinin daha iki futbolçusu  Avro-2020-nin seçmə mərhələsində yığmamızla oyunu buraxacaq.

Qol.az-ın Macarıstan mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə komandanın baş məşqçisi Marko Rossi məlumat verib. O bildirib ki, müdafiəçilər Beşe Barnabaş və Tamaş Kadar zədə səbəbindən yığmamızla görüşdə iştirak etməyəcəklər.

Qeyd edək ki, bundan əvvəl hücumçu Şoter Donatın Bakıya gətirilməyəcəyi açıqlanıb.

Xatırladaq ki, Azərbaycan – Macarıstan görüşü sabah saat 20:00-da başlayacaq.

Share: