Millimizin rəqibinin heyəti açıqlandı

Lüksemburq yığmasının Avstriya ilə yoxlama, Azərbaycan və Kiprlə isə UEFA Millətlər Liqasının oyunları üçün heyəti açıqlanıb.

Qol.az xəbər verir ki, baş məşqçi Lük Holts yığmaya 23 oyunçu dəvət edib:

Qapıçılar: Tim Kips (“Düdelanj), Antoni Moris (“Yunion”, Belçika), Ralf Şon (“Vilts”)

Müdafiəçilər: Dirk Karlson (“Karlsrue”, Almaniya), Lars Gerson (“Norrçöpinq”, İsveç), Loran Yans (“Standart”, Belçika), Seid Koraç (“Nürnberq”, Almaniya) Enes Mahmutoviç (“Lvov”, Ukrayna), Marvin Martins (“Kasa Pia”, Portuqaliya) Mika Pinto (“Sparta”, Rotterdam, Niderland) Vahid Selimoviç (OFİ, Yunanıstan)

Yarımmüdafiəçilər: Leandro Barreyro (“Maynts”, Almaniya), Florian Bonert (“Maynts”, Almaniya), Mathias Olesen (“Köln”, Almaniya), Timote Rupil (“Maynts”, Almaniya), Danel Sinani (“Vasland-Beveren”, Belçika), Aldin Skenderoviç (“Proqress”), Sebastien Thill (“Tambov” Rusiya), Vensan Till (“Nasional”, Portuqaliya)

Hücumçular: Stefano Bensi (“Fola”), Moris Devill (“Saarbrüken”, Almaniya ), Edvin Muratoviç (“Düdelanj”), Jerson Rodrigeş (“Dinamo” Kiyev, Ukrayna)

Qeyd edək ki, noyabrın 17-də keçiriləcək Lüksemburq – Azərbaycan matçı Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Share: