Ukraynanın “Dnepr” klubunun yetişdirdiyi futbolçulardan ibarət rəmzi komanda açıqlanıb.
Qol.az “sport.ua”ya istinadən xəbər verir ki, rəmzi 11-likdə Azərbaycan milli komandasının müdafiəçisi Pavel Paşayev də yer alıb.
Hazırda Ukraynanın “Aleksandriya” klubunda çıxış edən Paşayev 16 yaşında “Dnepr”in akademiyasına keçib. O, 2014-cü ildə “Dnepr”dən ayrılıb.
Qeyd edək ki, 32 yaşlı müdafiəçi 2015-ci ildən Azərbaycan millisinə dəvət alır. O, yığmada 21 oyun keçirib.