İspaniya Futbol Federasiyasının İntizam Komitəsi “Albasete”də çıxış edən millimizin üzvü Eddi İsrafilovu 2 oyunluq cəzalandırıb.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna onun İspaniya Sequndasının 20-ci turunda “Rayo Valyekano” ilə görüşün 45+4-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alması səbəb olub. O, rəqib futbolçunu başla vurduğu üçün meydandan qovulub.
Qeyd edək ki, “Rayo Valyekano” – “Albasete” görüşü qonaqların futbolçusu Roman Zozulyanın azarkeşlərin təhqirlərinə məruz qalması səbəbindən yarımçıq dayandırılıb.