Min bir dərdin dərmanı…

Lobyanın tərkibində müxtəlif orqanik turşular, karotin, C, B1, B2, B6, PP, E vitaminlər, müxtəlif minerallar, digər faydalı maddələr var.

Axşam.az xəbər verir ki, zəngin tərkibinə görə lobyanın istehlakı immun sistemimizə çox müsbət təsir edir:

1. Sidikqovucu təsirinə malik olan lobya sidik kisəsini və sidik yollarınına müsbət təsir edir.

2. Lobya dişlərin və damaqların sağlamlığı üçün çox faydalıdır.

3. B qrupu vitaminlərlə zəngin olan lobya sinir sistemi üçün çox də faydalıdır – sakitləşdirir, sinir sisteminin fəaliyyətini yaxşılaşdırır.

4. Lobyanın tərkibində xüsusi maddələr var ki, bu maddələr qanda şəkərin tənzimlənməsinə kömək edir. Bu səbəbdən lobya şəkərli diabet xəstələri üçün çox faydalıdır.

5. Kaliumla zəngin olan lobya ürək üçün olduqca faydalıdır – ürək ritmini tənzimləyir, ürək əzələsini möhkəmləndirir. Həmçinin kalium orqanizmdə ödemlərin azalmasına kömək edir.

6. Lobya yüksək təzyiqdən əziyyət çəkənlərə də yaxşı kömək edir, təzyiqi tənzimləməyə yardım edir.

7. Lobya qanda xolesterinin səviyyəsini aşağı salır ki, bu da damarların tıxanmasının qarşısını alır.

Share: