Minatəmizləmə Agentliyinin 150 minlik tenderi ləğv edildi

Minatəmizləmə Agentliyinin 150 minlik tenderi ləğv edildi

“Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” publik hüquqi şəxsin proqram təminatı (90 968 AZN) və İT avadanlıqları və aksesuarların alınması (60 515 AZN) ilə bağlı elan etdiyi tenderlər ləğv edilib.

Millətin Səsi.az-ın xəbərinə görə, buna səbəb satınalmalarda iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

Tenderlərin toplam dəyəri 151 483 AZN olub.

Pravda.az

Share: