Avropa İttifaqı minatəmizləmə məsələsində Azərbaycanın ən böyük dəstəkçisidir.
Bunu Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Delfin Pronk sosial şəbəkədə qeyd edib.
“Durumu dəyişə biləcəyimizlə fəxr edirəm: minaların təmizlənməsinə gəldikdə, Aİ Azərbaycanın ən böyük dəstəkçisidir. Aİ qadınlardan ibarət minatəmizləmə komandasının hazırlanması ilə qadınların təhlükəsizlikdə oynadığı rolu artırmağa kömək edir”, – sədr bildirib.