Minaya düşən vəzifəli şəxs Bakıya gətirilir

Ağdam rayonunun Novruzlu kəndində minaya düşən, Ağdam rayon Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə Bərdə rayon Mərkəzi Xəstəxanasından köçürülüb.

Milletinsesi.az Trend-ə istinadən xəbər verir ki, idarə rəisi Bakıdakı klinikalardan birinə köçürülmək üçün paytaxta yola salınıb.

Qeyd edək ki, Ağdam İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev Hafiz Əzimzadənin əməliyyat olunduğunu və durumunun stabilləşdiyini bildirmişdi.

Xatırladaq ki, martın 3-də saat 15 radələrində Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi, 1967-ci il təvəllüdlü Hafiz Əzimzadə su quyularının bərpası işləri ilə məşğul olan zaman rayonun işğaldan azad edilən Novruzlu kəndində minaya düşüb. Nəticədə idarə rəisinin sağ ayağının topuqdan aşağı ətrafı amputasiya edilib, digər çoxsaylı xəsarətlər alıb. Yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdam Prokurorluğu tərəfindən araşdırma aparılır.

Share: