Mingəcevirdə iki gənc su da batdı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.

Millətin Səsi.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri axtarış işlərinə cəlb olunub.

Hazırda vətəndaşlar – 1999-cu il təvəllüdlü Müşviq Rəhim oğlu İsmayılov və 2003-cü il təvəllüdlü İsmayıl Xaliq oğlu Şubliyevin axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Share: