Minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.
Millətin Səsi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Nazirlər Kabinet dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Qeyd edək ki, minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat olub.